NƏSLİNİ YER ÜZÜNDƏN SİLMƏK
NƏŞƏSİ QAÇMAQ
OBASTAN VİKİ
Həyatımın Nəşəsi (teleserial, 2023)
Həyatımın Nəşəsi (türk. Hayatımın Neşesi) — "Goya Entertainment" şirkəti tərəfindən çəkilən, ilk seriyasının 7 iyul 2023-cü ildə yayımlandığı, Şahin Altuğun rejissorluğunu etdiyi və Ekin Ataların ssenarisini yazdığı komediya janrındakı Türkiyə teleserialıdır. Baş rolları Şəbnəm Bozoklu və Tolqa Təkin oynamaqdadır. == Məzmun == Hadisələr Şənbakkal ailəsinin xanımı, 17 illik evlilik həyatını sürdürən və 2 uşaq anası olan Nəşənin bir vaxtlar oxuduğu və ailə qurduğu üçün son kursunda yarımçıq qoyduğu tibb fakültəsinə geri qayıtması ilə başlayır. Bir çox hadisələr də elə Nəşənin bu həqiqəti onun bu fikrinə qarşı çıxan Mustafaya deməli olduğu bir zamanda cərəyan edir. == Aktyor heyəti və obrazlar == Şəbnəm Bozoklu - Nəşə Tolqa Təkin - Mustafa Mətin Coşqun - Mehmet Uğur Demirpehlivan - Saliha Aras Şenol - Sərdar Gizəm Kala - Aylin Ezgi Tombul - Türkan Sürəyya Güzel - Sevda Nisan Dökmeci - Zeynep Said Ege Yıldırım - Emre Özlem Ünaldı Baza - Səma Səlma Günəri - Rüçhan == İstinadlar == == Xarici keçidlər == TRT 1-in rəsmi saytında "Həyatımın Nəşəsi".